BAKI, 14 avqust. TELEQRAF
Futbol üzrə Azərbaycan Premyer Liqasında 2026/2027-ci illər mövsümünün ilk qolu vurulub.
Teleqraf xəbər verir ki, həmin qolun müəllifi "Turan Tovuz"un futbolçusu Enrike Silva olub.
Braziliyalı müdafiəçi Premyer Liqanın I turunun “Qəbələ” ilə matçının 35-ci dəqiqəsində fərqlənib.