BAKI, 14 avqust. TELEQRAF

Türkiyənin “Fənərbağça” klubu braziliyalı yarımmüdafiəçi Fred Santosla yollarını ayırıb.

Teleqraf xəbər verir ki, bu barədə İstanbul klubu açıqlama yayıb.

Klubun məlumatında 2023/2024-cü illər mövsümündən komandada çıxış edən futbolçuya xidmətlərinə görə təşəkkür edilib və ona karyerasının növbəti mərhələsində uğurlar arzulanıb.

Fredin “Atletiko Mineyro” ilə 4,5 illik müqavilə imzalaması gözlənilir.