BAKI, 14 avqust. TELEQRAF

Azərbaycan Premyer Liqasının I turu çərçivəsində keçiriləcək "Qarabağ" - “Şamaxı” qarşılaşmasının biletləri bu gün satışa çıxarılıb.

Teleqraf xəbər verir ki, biletlərin satışı saat 15:00-dan etibarən iTicket.az platformasında başlayıb.

Biletlərin qiyməti sektorlardan asılı olaraq 5-20 manat arasında dəyişir.

Azarkeşlər oyun günü biletləri stadionun kassalarından və ya iTicket.az-dan əldə edə biləcəklər.

Qeyd edək ki, stadionun qapıları azarkeşlər üçün matçın start fitindən 120 dəqiqə əvvəl açılacaq.