BAKI, 13 avqust. TELEQRAF

Azərbaycan millisinin və Kiprin “Pafos” klubunun futbolçusu Murad Məmmədov komandasında ilk qolunu vurub.

Teleqraf xəbər verir ki, bu, UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab qarşılaşmasında Avstriyanın “Zaltsburq” klubuna qarşı matçda baş verib.

20 yaşlı oyunçu matçın 82-ci dəqiqəsində meydana çıxıb və cəmi 2 dəqiqə sonra fərqlənib.

O, komandasının 3-cü qolunu vuraraq hesabı bərabərləşdirib - 3:3.
Qeyd edək ki, bu cüt arasında ilk görüş “Zaltsburq”un 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.