BAKI, 13 avqust. TELEQRAF

"Qarabağ" bütün imkanlarından istifadə etdi və bu, oyuna təsir etdi".

Teleqraf xəbər verir ki, bunu Kiyev “Dinamo”sunun baş məşqçisi İqor Kostyuk UEFA Konfrans Liqasının III təsnifat mərhələsində “Qarabağ”la cavab oyunundan sonra keçirilən mətbuat konfransında deyib.

Ukraynalı mütəxəssis oyunu belə dəyərləndirib:

"İkinci hissədə oyunda üstünlüyü ələ keçirdik. 3 şansımız var idi, amma alınmadı. Şans bizimlə olmadı. Komanda ilk dəqiqələrdə daha aqressiv oynayırdı. Biz çalışırdıq ki, topu nəzarətdə saxlayaq. Burada daha çox Ponomarenkoya söykənirdik ki, top bizdə qalsın. Oyun zamanı müəyyən məqamlarda rəqibin pressinqi ilə də qarşılaşırdıq. Buna baxmayaraq, əlimizdən gələni edirdik ki, oyuna nəzarət bizdə qalsın".

Qeyd edək ki, iki oyunun nəticəsinə görə "Qarabağ" pley-off-a vəsiqə qazanıb - 2:1.