BAKI, 13 avqust. TELEQRAF
“Qarabağ”ın UEFA Konfrans Liqasının III təsnifat mərhələsində “Dinamo Kiyev”ə qarşı keçirəcəyi cavab oyununa bilet satışları davam edir.
Klubun mətbuat xidmətindən Teleqraf-a verilən məlumata görə, qarşılaşma üçün satışa çıxarılan biletlərin böyük hissəsi artıq alınıb və hazırda məhdud sayda bilet qalıb.
Klubdan bildirilib ki, satış prosesi aktiv şəkildə davam etdiyindən satılan biletlərin dəqiq sayını açıqlamaq mümkün deyil:
“Hazırda bilet satışı aktiv şəkildə davam edir. Rəqəmlər sürətlə dəyişdiyi üçün dəqiq say demək mümkün deyil. Biletlərin böyük hissəsi satıldığından məhdud sayda yerlər qalıb”.
Qeyd edək ki, “Qarabağ” – “Dinamo Kiyev” qarşılaşması bu gün Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. İlk görüşdə Ukrayna təmsilçisi 1:0 hesabı ilə qalib gəlib.