BAKI, 13 avqust. TELEQRAF

İspaniya Superkuboku uğrunda oyunlar Türkiyənin İstanbul şəhərində təşkil olunacaq.

Teleqraf xəbər verir ki, bu barədə İspaniya Kral Futbol Federasiyası məlumat yayıb.

Turnirin 2027-ci il fevralın 2-dən 7-dək keçirilməsi planlaşdırılır.

İspaniya Superkubokunda “Real”, “Barselona”, “Atletiko” və “Real Sosyedad” komandaları mübarizə aparacaqlar.

Qeyd edək ki, turnirin son qalibi "Barselona"dır.