BAKI, 13 avqust. TELEQRAF

Premyer Liqa təmsilçilərindən "Mançester Siti" futbolçusu Ceremi Dokunun müqaviləsinin müddətini uzadıb.

Teleqraf xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

24 yaşlı vingerin yeni sözləşməsi 2031-ci ilin yayınadək nəzərdə tutulub.

Qeyd edək ki, Belçika millisinin üzvü 2023-cü ildən "Mançester Siti"də çıxış edir.