BAKI, 13 avqust. TELEQRAF
Türkiyə təmsilçilərindən "Qalatasaray”ın transfer gündəmində olan Tijjani Reynders karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Teleqraf xəbər verir ki, bu barədə tanınmış insayder Fabrizio Romano məlumat yayıb.
Səudiyyə Ərəbistanının “Əl-Qadisiyah” klubu niderlandlı yarımmüdafiəçinin transferi üçün “Mançester Siti” ilə danışıqlarda ciddi irəliləyiş əldə edib.
Tərəflərin təxminən 60 milyon avro transfer məbləği qarşılığında razılığa yaxın olduğu bildirilir.
Keçidin baş tutması üçün son qərarı Reynders verməlidir. 28 yaşlı futbolçunun razılığı transferin tamamlanmasında həlledici olacaq.