BAKI, 13 avqust. TELEQRAF
“Araz-Naxçıvan” heyətini daha bir futbolçu ilə gücləndirib.
Teleqraf xəbər verir ki, Naxçıvan təmsilçisi “Sabah”a məxsus Abdulla Rzayevi icarəyə götürüb.
24 yaşlı müdafiəçi ilə 1 illik müqavilə imzalanıb. Rzayev 2023/2024 mövsümündə də “Araz-Naxçıvan”ın formasını geyinib. O, ötən mövsümü “Şamaxı”da keçirib.
Qeyd edək ki, “Araz-Naxçıvan” yay transfer dönəmində Tərlan Əhmədli, Ömər Buludov, İbrahim Piriyev, Ülvi İsgəndərov, Rəşad Həsənov, Alberto Qarsia Fernandes, Alexandro Herrera, Rövlan Muradov, İssouf Paro, Bruno Franko, Artur Auqusto Da Silva, Mara Mohamed, Abdallah Sudi, Mamadu Kane, Ağadadaş Salyanski, Boyan İliç, Mustafa Əhmədzadə və Luka Dumançiçlə də müqavilə imzalayıb.