BAKI, 24 iyul. TELEQRAF

UEFA Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək ÇSKA - "Qarabağ" görüşünün hakim təyinatları açıqlanıb.

Teleqraf xəbər verir ki, qarşılaşmanı Belçikadan olan referi Bram Van Drisşe idarə edəcək.

Ona həmyerliləri Mişel Seeldraeyers və İv De Neve kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kevin Van Damme yerinə yetirəcək.

VAR hakimi Bert Put, AVAR funksiyasını isə Vesli De Kremer icra edəcək.

Qeyd edək ki, ÇSKA Sofiya – "Qarabağ" cavab görüşü iyulun 30-da Bolqarıstanın paytaxtı Sofiyadakı "Vasil Levski" Milli Stadionunda keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Xatırladaq ki, Bakıda keçirilən ilk oyun 0:0 hesabı ilə başa çatıb.