BAKI, 24 iyul. TELEQRAF

İspaniyalı mütəxəssis Xosep Qvardiola İtaliya millisinin baş məşqçisi olmaq təklifini qəbul etməyib.

Teleqraf xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.

Mənbənin iddiasına görə, 55 yaşlı çalışdırıcı "Mançester Siti"də keçirdiyi 10 illik dövrdən sonra məşqçilik fəaliyyətinə fasilə vermək və ailəsi ilə daha çox vaxt keçirmək niyyətindədir. Bildirilir ki, Qvardiola hazırda milli komanda səviyyəsində uzunmüddətli layihəyə başlamağa hazır olmadığını düşünür.

Xəbərdə qeyd olunur ki, ispan mütəxəssis bu qərarını İtaliya Futbol Federasiyasının texniki direktoru Paolo Maldini ilə söhbət zamanı çatdırıb.

Məlumata əsasən, İtaliya millisinin baş məşqçi postuna əsas namizəd Andrea Pirlodur.