BAKI, 24 iyul. TELEQRAF
"Real Madrid"in yarımmüdafiəçisi Eduardo Kamavinqanın gələcəyi ilə bağlı yeni iddia ortaya atılıb.
Teleqraf "Foot Mercato" nəşrinə istinadla xəbər verir ki, adı yay transfer pəncərəsində tez-tez "Qalatasaray"la yanaşı çəkilən fransalı futbolçu aldığı bütün təklifləri geri çevirib.
Mənbənin iddiasına görə, 23 yaşlı yarımmüdafiəçi komandada qalaraq baş məşqçi Joze Mourinyonu öz oyunu ilə heyran etməyə qərar verib.
Bundan əvvəl "Real Madrid"in Kamavinqanı təxminən 50 milyon avroya satmağa hazır olduğu, lakin futbolçunun komandada daha bir şans qazanmaq istədiyi bildirilmişdi.
Həmçinin xəbərdə qeyd olunub ki, Joze Mourinyo Rodrinin keçidində israrlıdır.
Eduardo Kamavinqa 2025/26 mövsümündə "Real Madrid"in heyətində bütün turnirlərdə 43 oyuna çıxıb. O, bu matçlarda 2 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.