BAKI, 24 iyul. TELEQRAF
Fransalı hücumçu Antuan Qrizmann Şimali Amerika MLS mövsümünə qolla başlayıb.
Teleqraf xəbər verir ki, komandası "Orlando City" səfərdə "San Jose"ni 4:0 hesabı ilə məğlub edib.
Qrizmann debüt oyununda qolla yadda qalıb. O, ikinci hissənin əvvəlində Castin Ellisin ötürməsindən istifadə edərək fərqlənib.
Xatırladaq ki, fransız forvard daha əvvəl "Barselona", "Atletiko Madrid" və "Real Sosyedad"da oynayıb. O, “Atletiko”da bütün zamanların ən çox qol vuran futbolçusu olub.