BAKI, 23 iyul. TELEQRAF

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşanın “Rakuv” komandasında debüt oyununda qol vurub.

Teleqraf xəbər verir ki, 29 yaşlı hücumçu UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Malta təmsilçisi “Valletta” ilə hazırda davam edən qarşılaşmada fərqlənib.

Emreli görüşün 53-cü dəqiqəsində hesabı 1:1-ə bərabərləşdirib.

Qeyd edək ki, hazırda davam edən oyunda “Rakuv” 2:1 hesabı ilə öndədir.