BAKI, 23 iyul. TELEQRAF

“Qarabağ” UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyununda itki ilə üzləşib.

Teleqraf xəbər verir ki, Bolqarıstan ÇSKA-sı ilə keçirilən qarşılaşmada Ağdam təmsilçisinin yeni transferi Bruno Lanqa zədələnib.

Mozambik millisinin müdafiəçisi görüşün 55-ci dəqiqəsində rəqib futbolçu Leandro Qodoyun kobud müdaxiləsindən sonra yerdə qalıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, Lanqa oyunu davam etdirə bilməyib.

Onun əvəzinə 56-cı dəqiqədə Elvin Cəfərquliyev meydana daxil olub.

Qeyd edək ki, hazırda davam edən qarşılaşmada hesab 0:0-dır.