BAKI, 23 iyul. TELEQRAF
FIFA 2026-cı il dünya çempionatında danışılmış oyun və şübhəli mərc fəaliyyəti əlamətlərinin aşkarlanmadığını açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə “SBC News” məlumat yayıb.
Bildirilib ki, qurumun xüsusi işçi qrupu turnirin bütün 104 oyununu yoxlayıb. Mütəxəssislər bukmeker hesabatlarını və mərc məlumatlarını təhlil edərək, onları monitorinq iştirakçılarından əldə olunan informasiyalarla müqayisə ediblər.
İşçi qrupuna UEFA, KONMEBOL, KONKAKAF, Asiya və Afrika Futbol Konfederasiyalarının nümayəndələri ilə yanaşı, ABŞ Federal Təhqiqat Bürosu (FBI), İnterpol, BMT, Avropa Şurası və Sportradar şirkətinin təmsilçiləri də daxil olub.
Yoxlamanın nəticələrinə əsasən, mərc oyunlarının hər hansı görüşün nəticəsinə təsir göstərdiyini göstərən heç bir fakt müəyyən edilməyib.