BAKI, 23 iyul. TELEQRAF

“Zirə” bu gün UEFA Konfrans Liqasının II təsnifat mərhələsində ilk oyununa çıxacaq.

Teleqraf xəbər verir ki, Rəşad Sadıqovun komandası Estoniyada “Payde”nin qonağı olacaq.

Görüş saat 20:00-da başlayacaq.

Matçı Moldovadan olan baş hakim Roman Jitari idarə edəcək.

Qeyd edək ki, komandalar arasında cavab görüşü iyulun 30-da Sumqayıtda keçiriləcək.