BAKI, 22 iyul. TELEQRAF

“Payde” təcrübəli komandadır. Son illərdə UEFA turnirlərində müntəzəm iştirak edir. Bizi maraqlı və gərgin oyun gözləyir”.

Teleqraf xəbər verir ki, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Estoniyanın “Payde” komandasına qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib.

Mütəxəssis hər iki komandanın birinci təsnifat mərhələsində uğurla çıxış etdiyini bildirib:

“Sabah ikinci mərhələnin ilk oyununa çıxacağıq. Olduqca vacib görüşdür. Bizim də matçla bağlı fikirlərimiz və istəklərimiz var”.

Rəşad Sadıqov rəqibin oyun üslubuna da toxunub:

“Payde” ilə “Torpedo” demək olar ki, eyni üslubda oynayır. Təhlillərimizi aparmışıq və oyuna hazırıq. Rəqibin planlarını pozmağa çalışacağıq”.