BAKI, 22 iyul. TELEQRAF
“Bütün diqqətimizi “Qarabağ”la oyuna yönəltmişik. Rəqibə qarşı uğurlu çıxış etmək istəyirik”.
Teleqraf xəbər verir ki, bunu Bolqarıstan təmsilçisi ÇSKA-nın baş məşqçisi Xristo Yanev “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib.
Mütəxəssis qarşılaşmaya yaxşı hazırlaşmaq imkanlarının olduğunu bildirib:
“Ölkə çempionatındakı oyundan sonra futbolçularımız bərpa olunublar. “Qarabağ”ın ötən mövsüm Çempionlar Liqasında keçirdiyi görüşləri izləmişik. Rəqibi yaxşı təhlil etmişik və buna uyğun mübarizə aparacağıq”.