BAKI, 22 iyul. TELEQRAF

"Şəfa" daha bir futbolçu transferini reallaşdırıb.

Teleqraf klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, qvineyalı vinger Bafode Dansoko ilə 1 illik müqavilə imzalanıb.

30 yaşlı futbolçu son olaraq İsveçrə təmsilçisi "Vintertur"da çıxış edib. O, karyerası ərzində Belçikanın "Patro Eysden", "KMSK Deynze", "La Luvyer", Fransanın "Vol-an-Velen" və "Vaskal" klublarının da formasını geyinib.