BAKI, 22 iyul. TELEQRAF
“Düşünürəm ki, oyun "Dinamo Minsk"lə oyun “Neftçi” üçün çox rahat keçməsə də, Bakı təmsilçisi rəqibini üstələyəcək gücdədir”.
Bu sözləri “Neftçi”nin sabiq baş məşqçisi Füzuli Məmmədov Teleqraf-a açıqlamasında deyib.
O, paytaxt təmsilçisinin uzun fasilədən sonra avrokuboklarda meydana çıxacağını bildirib:
“Bu münasibətlə “Neftçi”ni təbrik edir, komandaya uğurlar arzulayıram. Üstün məqamlardan biri odur ki, “Neftçi” doğma azarkeşləri önündə oynayacaq. Düşünürəm ki, komanda həm futbolçu keyfiyyətinə, həm də məşqçi işinə görə “Dinamo Minsk”dən üstündür”.
Füzuli Məmmədov Belarus təmsilçisini zəif qiymətləndirməyin düzgün olmadığını vurğulayıb:
“Rəqibin heyətinə nəzər yetirmişəm. Əsasən gənc futbolçulardan ibarət, mübariz və döyüşkən komandadır. Bununla belə, bu mərhələdə “Neftçi”nin üstün tərəf olacağını düşünürəm. Bir daha komandaya uğurlar arzulayıram”.
Qeyd edək ki, "Neftçi" - "Dinamo" qarşılaşması bu gün Bakı vaxtilə saat 20:00-da keçiriləcək.