BAKI, 22 iyul. TELEQRAF
“Başakşəhər” bu gün UEFA Konfrans Liqasının II təsnifat mərhələsində ilk oyununu keçirəcək.
Teleqraf xəbər verir ki, Türkiyə təmsilçisi Finlandiyanın “İnter Turku” klubunu qəbul edəcək.
“Başakşəhər Fatih Terim” stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:45-də başlayacaq. Görüşün baş hakimi ispaniyalı Xuan Martines Munuera olacaq.
UEFA Konfrans Liqası
II təsnifat mərhələsi, ilk oyun
22 iyul
21:45. “Başakşəhər” (Türkiyə) – “İnter Turku” (Finlandiya)
Stadion: “Başakşəhər Fatih Terim”
Baş hakim: Xuan Martines Munuera (İspaniya)