BAKI, 22 iyul. TELEQRAF
“Neftçi” bu gün UEFA Konfrans Liqasının II təsnifat mərhələsində ilk oyununa çıxacaq.
Teleqraf xəbər verir ki, Bakı təmsilçisi Belarusun “Dinamo Minsk” klubunu qəbul edəcək.
“Neftçi Arena”da keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq. Görüşün baş hakimi kiprli Konstantinos Fellas olacaq.
UEFA Konfrans Liqası
II təsnifat mərhələsi, ilk oyun
22 iyul
20:00. “Neftçi” (Azərbaycan) – “Dinamo Minsk” (Belarus)
Baş hakim: Konstantinos Fellas (Kipr)