BAKI, 21 iyul. TELEQRAF

“Fənərbağça” UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində ilk oyununu keçirib.

Teleqraf xəbər verir ki, İstanbul təmsilçisi Polşanın “Qurnik Zabre” klubunu 1:0 hesabı ilə məğlub edib.

Qarşılaşmada yeganə qolu 37-ci dəqiqədə Anderson Talişka vurub.

Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 29-da keçiriləcək.