"Sabah"ı qələbə münasibətilə təbrik edirəm. Bizi müdafiə oynamağa məcbur etdilər. Çoxlu qol epizodları yaratdılar".
Teleqraf xəbər verir ki, bu sözləri Finlandiya çempionu “Kups”un baş məşqçisi Miika Nuutinen “Sabah”a məğlub olduqları (1:0) Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunundan sonra keçirilən mətbuat komfransında deyib.
"İlk oyunun nəticəsindən sonra hələ də şansımızın olduğunu düşünürəm. Hələ də oyundan qopmamışıq. Cavab oyununda bundan maksimum istifadə edəcəyik. Evdə lazımi qol imkanlarını yaratmaq üçün kifayət qədər potensialımız var".