BAKI, 21 iyul. TELEQRAF

Argentina millisinin müdafiəçisi Nikolas Otamendi yığma komandadakı karyerasını başa vurduğunu açıqlayıb.

Teleqraf xəbər verir ki, 38 yaşlı futbolçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

“Əbədi saxlayacağım bir şey varsa, o da inamını heç vaxt itirməyən, son saniyəyə qədər mübarizə aparan və bu rəngləri bütün qəlbi ilə qoruyan qeyri-adi komanda ilə birlikdə bu yolu keçməyin qürurudur”, - Otamendi yazıb.

Qeyd edək ki, Argentina millisi DÇ-2026-nın finalında İspaniyaya 0:1 hesabı ilə məğlub olub.