BAKI, 21 iyul. TELEQRAF
Məşhur ingiltərəli futbol hakimi Entoni Teylor karyerasını başa vurduğunu açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
47 yaşlı referi bütün turnirlərdə ümumilikdə 831 oyun idarə edib. Onun son matçı 2026-cı il dünya çempionatının 1/8 final mərhələsində keçirilən İspaniya – Portuqaliya görüşü olub.
Teylor 2010-cu ildən Premyer Liqada hakimlik edib. O, 2020 və 2024-cü illərdə Avropa çempionatlarında, həmçinin DÇ-2022-də çalışıb.
İngiltərəli referi ölkədə bütün əsas kubok turnirlərinin finallarını idarə edib. Teylor 1901-ci ildən sonra karyerası ərzində iki dəfə İngiltərə Kubokunun finalına təyinat alan ilk hakim olub.