BAKI, 21 iyul. TELEQRAF
“Sabah” UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində ilk oyununu keçirib.
Teleqraf xəbər verir ki, Bakı təmsilçisi Finlandiyanın "Kups" klubunu 1:0 hesabı ilə məğlub edib.
Qarşılaşmada yeganə qolu birinci hissənin əlavə olunmuş vaxtında Velko Simiç vurub.
Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 29-da Finlandiyada keçiriləcək.
***
21&08
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində “Sabah” və Finlandiyanın KuPS komandaları arasında keçirilən ilk oyunda ikinci hissə başlayıb.
Teleqraf xəbər verir ki, Bakı təmsilçisi görüşdə 1:0 hesabı ilə öndədir.
Matçda hələlik yeganə qolu 45+1-ci dəqiqədə Velko Simiç vurub.
***
20:51
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində “Sabah” və Finlandiyanın "Kups" komandaları arasında keçirilən ilk oyunun birinci hissəsi başa çatıb.
Teleqraf xəbər verir ki, Bakı təmsilçisi fasiləyə 1:0 hesablı üstünlüklə yollanıb.
Matçda yeganə qolu 45+1-ci dəqiqədə Velko Simiç vurub.
***
20:47
"Sabah" "Kups"la qarşılaşmada hesabı açıb.
Teleqraf xəbər verir ki, 45+1-ci dəqiqədə Velko Siviç qolun müəllifi olub.
***
20:00
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində “Sabah” Finlandiyanın "Kups" klubu ilə qarşılaşır.
Teleqraf xəbər verir ki, ilk oyun Bakı vaxtı ilə saat 20:00-da başlayıb.
Görüşü polşalı baş hakim Lukaş Kujma idarə edir. Matç Masazırda yerləşən Bank Respublika Arenada keçirilir.
Qeyd edək ki, qarşılaşmanın cavab oyunu iyunun 28-i baş tutacaq.