BAKI, 21 iyul. TELEQRAF
Argentina millisinin kapitanı Lionel Messi 2026-cı il dünya çempionatının finalında İspaniyaya 0:1 hesablı məğlubiyyətdən sonra komanda ilə birlikdə vətənə qayıtmayıb.
Teleqraf xəbər verir ki, bu barədə “TyC Sports” məlumat yayıb.
Messidən başqa, Rodriqo De Paul, Enzo Fernandes, Lautaro Martinez, Julian Alvares, Xeronimo Rulli, Nikolas Pas, Kristian Romero, Nahuel Molina və Xuan Musso da Argentinaya uçmayıblar.
Messi və De Paul çıxış etdikləri “İnter Mayami” klubuna görə ABŞ-də qalıblar.
Milli komandanın Buenos-Ayresə qayıdan üzvlərini hava limanında qırmızı xalça və orkestr müşayiəti ilə qarşılayıblar.