BAKI, 21 iyul. TELEQRAF
2026-cı il dünya çempionatında ən çox qol vuran futbolçuların təmsil etdiyi klub “Real Madrid” olub.
Teleqraf xəbər verir ki, Madrid təmsilçisinin oyunçuları mundialda ümumilikdə 22 dəfə fərqləniblər. Bu göstəricidə əsas pay sahibi 10 qol vuran Kilian Mbappe olub.
Klubların sıralamasında PSJ 16 qolla ikinci, “Arsenal” isə 13 qolla üçüncü yeri tutub.
“Bavariya”, “Sanderlend”, “Kristal Pelas” və “İnter Mayami” hərəyə 8 qolla dördüncü pilləni bölüşüblər. “İnter Mayami”nin futbolçularının turnirdə vurduğu bütün qolların müəllifi Argentina millisinin kapitanı Lionel Messi olub.
Qeyd edək ki, dünya çempionatının finalında İspaniya Argentina yığmasına 1:0 hesabı ilə qalib gələrək çempion olub.