BAKI, 20 iyul. TELEQRAF
“Sabah”ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində “Kups”la Bakıda keçiriləcək matçdan öncə açıq məşqi baş tutub.
Teleqraf xəbər verir ki, hazırlıq “Sabah” Futbol Mərkəzində keçirilib.
Futbolçular isinmə hərəkətlərinin ardından müxtəlif təmrinləri yerinə yetiriblər.
Qeyd edək ki, qarşılaşma 21 iyul saat 21:00-da Bank Respublika Arenada keçiriləcək.