BAKI, 20 iyul. TELEQRAF

"Bu qarşılaşmadan gözləntilərimiz yüksəkdir. Oyunçularımızın hamısı qarşılaşmaya hazırdır. Sabah meydana çıxıb qələbə üçün əlimizdən gələni edəcəyik".

Teleqraf xəbər verir ki, bu sözləri “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində “Kups”la Bakıda keçiriləcək oyundan öncə mətbuat konfransında deyib.

"Biz evdə oynayırıq. Favoritik, amma bunu meydançada da sübut etmək lazımdır. Biz sabahkı oyuna köklənmişik. Nəticələrdən sonra gələcək barədə nəsə deyə bilərəm.

Qarşıda bizi çoxlu oyunlar gözləyir və hər birində qalib gəlməliyik. Çempionatın başlanğıcıdır və bütün oyunları qazanmaq istəyirik. Buna görə də yaxşı oyun planımız var.

Müdafiədə çox yaxşı oynamalıyıq. Komanda şəklində güclü müdafiəmiz, həmçinin yaxşı zərbə vuran futbolçularımız var. Komandalar hesabda geri düşəndə adətən asan yollar və rahat zərbə imkanları axtarırlar. Amma biz bunu istəmirik. Öz sistemimizə sadiq qalırıq. Eyni zamanda futbolçuların oyuna təsir göstərə və nəzarəti ələ ala biləcəyi fərqli taktikalardan istifadə edirik" , - deyə bildirib.

Onun fikrincə, hər şeyi həddindən artıq mürəkkəbləşdirməyə ehtiyac yoxdur: "Çünki çox sayda böyük oyunumuz yoxdur. Ya oynayırsan, ya da oyuna hazırlaşırsan. Sabah cəmi bir oyun var. Həmin oyunu qazansaq, bunun böyük əhəmiyyəti olacaq. Əks halda, 100 oyun keçirib hamısında uduzmağın heç bir mənası yoxdur.

Bir oyunda qələbə qazanmaq insana zehni və fiziki güc verə bilər. Bəlkə də Tanrıdan güc alarsab. Biz həmişə deyirik ki, hər yeni oyun tamamilə yeni bir qarşılaşmadır".