BAKI, 20 iyul. TELEQRAF
"Hər şey meydanda bəlli olacaq. Lakin real danışmaq lazımdırsa, cütün favoriti "Sabah"dır. Diqqətimizi bu matça yönəltmişik".
Teleqraf xəbər verir ki, bunu "KuPS"un baş məçqçisi Miika Nuutinen "Sabah"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin oyunundan əvvəl Bakıda keçirilən mətbuat konfransında deyib.
35 yaşlı mütəxəssis Masazır klubunun TNS-lə oyunlarını izlədiyini qeyd edib:
"Sabah"ın I təsnifat mərhələsindəki matçlarını izləmişik. Rəqib komanda topla yaxşı rəftar edir. Onları təhlil etməyə çalışdıq".
Qeyd edək ki, “Sabah” və KuPS komandaları arasında ilk matç iyulun 21-də saat 20:00-da “Bank Respublika Arena”da keçiriləcək.