BAKI, 20 iyul. TELEQRAF
“Zirə” komandasının UEFA Konfrans Liqasının III təsnifat mərhələsindəki potensial rəqibləri müəyyənləşib.
Teleqraf xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu kollektiv II təsnifat mərhələsində Estoniyanın “Payde” klubunu mübarizədən kənarlaşdıracağı təqdirdə “Santa-Koloma” (Andorra) – “Rapid” (Avstriya) cütünün qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, UEFA Konfrans Liqasında III təsnifat mərhələsinin oyunları 6 və 13 avqusta keçiriləcək.