BAKI, 20 iyul. TELEQRAF

UEFA Avropa Liqasında (AL) III təsnifat mərhələsinin püşkü atılır.

Teleqraf xəbər verir ki, Çempionlar Liqasının II təsnifat mərhələsinin "Sabah" (Azərbaycan) - KuPS (Finlandiya) cütünün məğlubunun da AL-də potensial rəqibi bəlli olub.

Cütün məğlubu “Levski” (Bolqarıstan) – “Universitatya” (Krayova, Rumıniya) məğlubi ilə qarşılaşacaq.

"Sabah" (Azərbaycan) - KuPS (Finlandiya) cütünün məğlubu 3-cü mərhələdə ilk oyunu evdə keçirəcək.

Qeyd edək kİ, üçüncü mərhələnin ilk matçları avqustun 6-na, cavab görüşləri avqustun 13-nə təyin olunub.