BAKI, 20 iyul. TELEQRAF

“Zirə” yeni futbolçuyla anlaşıb.

Teleqraf klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "qartallar" Dameyn Smiti heyətinə qatıb.

Yamaykadan olan vingerlə 5 illik müqavilə bağlanılıb.

Qeyd edək ki, 20 yaşlı futbolçu daha əvvəl ölkəsinin “Rasinq Yunayted” və Birləşmiş Ərəb Əmirliyinin “Nova Star” klublarında çıxış edib.