BAKI, 20 iyul. TELEQRAF

"Sabah" komandasının UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub.

Teleqraf xəbər verir ki, Valdas Dambrauskasın komandası II təsnifat mərhələsində Finlandiyanın "KuPS" klubunu məğlub etsə, "Orxus" (Danimarka) - "Lex" (Polşa) cütünün qalibi ilə görüşəcək.

Xatırladaq ki, UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin oyunları avqustun 4-5-i və 11-də keçiriləcək.