BAKI, 20 iyul. TELEQRAF
“Mançester Siti”nin və İspaniya millisinin yarımmüdafiəçisi Rodri dünya çempionatları tarixində ilkə imza atıb.
Teleqraf xəbər verir ki, 30 yaşlı futbolçu İngiltərə Premyer Liqasında çıxış etdiyi vaxt mundialın ən yaxşı oyunçusu seçilən ilk futbolçu olub.
İspaniya DÇ-2026-nın finalında Argentinanı əlavə vaxtda 1:0 hesabı ilə məğlub edərək tarixində ikinci dəfə dünya çempionu olub. Qarşılaşmadan sonra Rodriyə turnirin ən yaxşı futbolçusuna verilən “Qızıl top” mükafatı təqdim edilib.
Dünya çempionatlarında “Qızıl top” qazanan futbolçular:
1978 - Mario Kempes (“Valensiya”)
1982 - Paolo Rossi (“Yuventus”)
1986 - Dieqo Maradona (“Napoli”)
1990 - Salvatore Skillaçi (“Yuventus”)
1994 - Romario (“Barselona”)
1998 - Ronaldo (“İnter”)
2002 - Oliver Kan (“Bavariya”)
2006 - Zinəddin Zidan (“Real”)
2010 - Dieqo Forlan (“Atletiko”)
2014 - Lionel Messi (“Barselona”)
2018 - Luka Modriç (“Real”)
2022 - Lionel Messi (PSJ)
2026 - Rodri (“Mançester Siti”).