BAKI, 20 iyul. TELEQRAF
Fransanın PSJ klubunun futbolçusu Noa Nsoki karyerasını Xorvatiyada davam etdirməyə yaxındır.
Teleqraf L’Équipe nəşrinə istinadən xəbər verir ki, 19 yaşlı hücumçu “Dinamo” (Zaqreb) klubu ilə razılıq əldə edib.
Nsoki ilə Portuqaliyanın “Vitoriya” klubu da maraqlansa da, futbolçu seçimini Xorvatiya çempionundan yana edib.
Transfer hələ rəsmiləşməyib. Hazırda PSJ ilə “Dinamo” arasında danışıqlar sona yaxınlaşır.
Qeyd edək ki, Nsoki ötən mövsüm PSJ-nin əsas komandasında iki oyunda meydana çıxıb. Nsokinin Fransa təmsilçisi ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir.