BAKI, 20 iyul. TELEQRAF

Fransa millisinin yeni baş məşqçisi olmağa hazırlaşan Zinəddin Zidanın təyinatı iyulun sonuna qədər rəsmiləşəcək.

Teleqraf “Foot Mercato”ya istinadən xəbər verir ki, 54 yaşlı mütəxəssis artıq yeni dövr üçün taktiki planlarını hazırlayır.

Yeni baş məşqçinin əsas qərarı Kilian Mbappenin mövqeyi ilə bağlı olacaq. Zidan “Real Madrid”in hücumçusu ilə danışaraq onun mərkəz hücumçusu kimi, yoxsa sol cinahda çıxış edəcəyini müəyyənləşdirəcək.

Məlumata görə, tərəflər son həftələrdə gələcək əməkdaşlıqla bağlı əlaqə saxlayıblar.

Qeyd edək ki, 56 yaşlı Didye Deşam Fransa millisini 2012-ci ildən çalışdırırdı.