BAKI, 20 iyul. TELEQRAF

Azərbaycanı avrokuboklarda təmsil edən “Sabah”, “Qarabağ”, “Neftçi” və **“Zirə”**nin III təsnifat mərhələsindəki potensial rəqibləri bu gün bəlli olacaq.

Teleqraf xəbər verir ki, ilk olaraq UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin püşkü atılacaq.

İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

II təsnifat mərhələsində Finlandiyanın KuPS komandası ilə qarşılaşacaq “Sabah” püşkatmada səpələnməmişlər səbətində yer alacaq. Bakı təmsilçisinin mümkün rəqibləri bunlardır:

- “Larne” (Şimali İrlandiya) – “Srvena Zvezda” (Serbiya) cütünün qalibi;
- “Tun” (İsveçrə) – “Dinamo” (Zaqreb, Xorvatiya) cütünün qalibi;
- “İberiya” (Gürcüstan) – “Slovan” (Slovakiya) cütünün qalibi;
- “Orxus” (Danimarka) – “Lex” (Polşa) cütünün qalibi;
- “Eqnatiya” (Albaniya) – “Sele” (Sloveniya);
- “Omoniya” (Kipr) – “Kayrat” (Qazaxıstan).

UEFA Avropa Liqasının III təsnifat mərhələsinin püşkü isə saat 15:00-da keçiriləcək. Bolqarıstanın ÇSKA komandası ilə qarşılaşacaq “Qarabağ” səpələnmişlər səbətində yer alacaq.

Ağdam klubunun mümkün rəqibləri:

- “Şerif” (Moldova) – “Makkabi” (Təl-Əviv, İsrail) cütünün qalibi;
- “Şturm” (Avstriya) – “Harts” (Şotlandiya) cütünün qalibi;
-“Fənərbağça” (Türkiyə) – “Qurnik” (Polşa) cütünün qalibi.

UEFA Konfrans Liqasında isə “Neftçi” və “Zirə” də III təsnifat mərhələsindəki mümkün rəqiblərini öyrənəcəklər. Hər iki klub püşkatmada səpələnməmişlər səbətində olacaq. “Neftçi” II təsnifat mərhələsində Belarusun “Dinamo” (Minsk), “Zirə” isə Estoniyanın “Payde” komandası ilə üz-üzə gələcək.

“Neftçi”nin mümkün rəqibləri:

-“Jelezniçar” (Serbiya) – “Braqa” (Portuqaliya);
- “Pakş” (Macarıstan) – “Panatinaikos” (Yunanıstan);
- “Luqano” (İsveçrə) – “Dukadjini” (Kosovo);
- AEK (Larnaka, Kipr) – “Beytar” (İsrail).

“Zirə”nin mümkün rəqibləri:

- “Bravo” (Sloveniya) – “Şkendiya” (Şimali Makedoniya);
-“Santa Koloma” (Andorra) – “Rapid” (Avstriya);
- “Rakuv” (Polşa) – “Valletta” (Malta);
- “Riyeka” (Xorvatiya) – “Derri Siti” (İrlandiya);
- “Polesye” (Ukrayna) – “Kopenhagen” (Danimarka).

Qeyd edək ki, UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin oyunları 5-6 və 12 avqust, UEFA Avropa Liqası və Konfrans Liqasının III təsnifat mərhələsinin qarşılaşmaları isə 7 və 14 avqust tarixlərində keçiriləcək.