BAKI, 20 iyul. TELEQRAF
ABŞ, Meksika və Kanadada keçirilən 2026-cı il dünya çempionatı turnirin tarixində ən yüksək tamaşaçı rekordunu yeniləyib.
Teleqraf xəbər verir ki, bu barədə FIFA-nın mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, mundialın oyunlarını ümumilikdə 6 810 966 azarkeş stadionlardan izləyib. Bununla da 1994-cü ildə ABŞ-da təşkil olunan dünya çempionatına məxsus 3 587 538 tamaşaçı rekordu geridə qalıb.
Qeyd edək ki, DÇ-2026 tarixdə ilk dəfə 48 milli komandanın iştirakı ilə keçirilib.
Final görüşündə İspaniya əlavə vaxtda Argentinaya 1:0 hesabı ilə qalib gələrək dünya çempionu olub.