BAKI, 20 iyul. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp futbol üzrə 2026-cı il dünya çempionatının qalibi olan İspaniya millisinin futbolçularına Dünya Kubokunu təqdim edib və mükafatlandırma mərasimindən sonra da podiumda qalaraq komandanın sevincinə qoşulub.

Teleqraf xəbər verir ki, mundialın finalında İspaniya millisi Argentinanı əlavə vaxtda 1:0 hesabı ilə məğlub edib. Görüşdə yeganə qolu 106-cı dəqiqədə Ferran Torres vurub.

Dünya Kubokunu çempion komandaya ABŞ Prezidenti Donald Tramp və FIFA prezidenti Canni İnfantino təqdim ediblər.

Mükafatlandırma mərasimində diqqət çəkən məqamlardan biri isə Trampın kuboku təqdim etdikdən sonra podiumu tərk etməməsi və İspaniya futbolçularının çempionluq sevincini onlarla birlikdə qeyd etməsi olub.

Qeyd edək ki, İspaniya finalda Argentinanı məğlub edərək tarixində ikinci dəfə dünya çempionu adına yiyələnib.