BAKI, 20 iyul. TELEQRAF
2026-cı il futbol üzrə dünya çempionu olan İspaniya millisi mundial qalibləri arasında yeni rekorda imza atıb.
Teleqraf xəbər verir ki, İspaniya yığması turnir ərzində cəmi bir qol buraxaraq dünya çempionatları tarixində bu göstərici ilə ən yaxşı nəticəyə sahib olan çempion komandaya çevrilib.
İspanlar yeganə qolu Belçika millisi ilə 1/4 final görüşündə (2:1) buraxıblar.
Bununla da İspaniya 1998-ci ildə Fransa, 2006-cı ildə İtaliya və 2010-cu ildə özünün müəyyən etdiyi rekordu geridə qoyub. Həmin komandalar dünya çempionu olduqları turnirlərdə iki qol buraxmışdılar.
Qeyd edək ki, İspaniya finalda Argentinanı məğlub edərək tarixində ikinci dəfə futbol üzrə dünya çempionu olub.