BAKI, 19 iyul. TELEQRAF
Argentina millisinin kapitanı Lionel Messi 2026-cı il dünya çempionatının finalında İspaniyaya qarşı keçirilən oyunda meydana çıxmaqla futbol tarixinə daha bir rekord yazdırıb.
Teleqraf xəbər verir ki, ABŞ-nin Nyu-Cersi ştatındakı “MetLife” Stadionunda təşkil olunan həlledici qarşılaşmada forma geyinən 39 yaşlı ulduz Dünya çempionatı finallarında üçüncü dəfə (2014, 2022 və 2026) çıxış edən ikinci futbolçu olub.
Bununla da Messi bu göstəricidə Braziliya millisinin sabiq kapitanı Kafuya çatıb.
Əfsanəvi müdafiəçi 1994, 1998 və 2002-ci illərdə keçirilən DÇ finallarında meydana çıxmışdı.
Qeyd edək ki, 2026-cı il Dünya çempionatınım final görüşündə İspaniya və Argentina yığmaları ABŞ-dəki MetLife Stadionunda üz-üzə gəlib.