BAKI, 20 iyul. TELEQRAF

İspaniya 2026 dünya çempionatının qalibi olub.

Teleqraf xəbər verir ki, yığma həlledici görüşdə Argentinanı əlavə vaxtda məğlub edib.

Matç 1:0 hesabı ilə yekublaşıb.

***

01:44

İspaniya-Argentina matçında hesab açıldı.

Teleqraf xəbər verir ki, 106-cı dəqiqədə Ferran Torres komandasını hesabda önə keçirib - 1:0.

***

01:16

İspaniya - Argentina finalının əsas vaxtında qalib müəyyənləşməyib.

***

01:11

Argentina yığmasının üzvü Enzo Fernandes 90+3-cü dəqiqədə birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.

***

00:23

DÇ-2026-nın final qarşılaşmasında ikinci hissə başlayıb.

***

DÇ-2026-nın final qarşılaşmasında ilk hissə başa çatıb.

Teleqraf xəbər verir ki, İspaniya - Argentina matçının birinci hissəsində qol vurulmayıb.

***

23:51

İspaniya - Argentina matçında ilk əvəzetmə baş tutub.

Teleqraf xəbər verir ki, Argentinanın heyətində Martinez zədə səbəbindən 44-cü dəqiqədə meydanı tərk edib.

Onun yerinə Nikolas Otamendi oyuna girib.

***

23:05

Bu gün 2026-cı il dünya çempionatına yekun vurulacaq.

Teleqraf xəbər verir ki, mundialın həlledici qarşılaşmasında Argentina İspaniya ilə qarşılaşır.

Matça Bakı vaxtilə 23:00-da start götürüb.