BAKI, 19 iyul. TELEQRAF
"Real Madrid" futbolçuları dünya çempionatlarında ümumilikdə 100-cü qolu vurublar.
Teleqraf xəbər verir ki, yubiley qolunun müəllifi İngiltərə millisinin yarımmüdafiəçisi Cud Bellinqem olub.
O, DÇ-2026-da üçüncü yer uğrunda Fransa ilə keçirilən matçın sonlarında fərqlənərək yekun hesabı müəyyənləşdirib. İngiltərə qarşılaşmada 6:4 hesabı ilə qalib gəlib.
“Real” futbolçuları mundiallar tarixində 100 qol həddinə çatan ilk klubun nümayəndələri olublar.
Bu göstəricidə ikinci yeri 87 qolla “Bavariya” tutur. İlk beşlikdə “Barselona” (78), “İnter” (76) və “Yuventus” (62) da yer alıb.