BAKI, 19 iyul. TELEQRAF

Fransa millisinin futbolçusu Maykl Olise 2026-cı il dünya çempionatında yeni rekorda imza atıb.

Teleqraf xəbər verir ki, yarımmüdafiəçi üçüncü yer uğrunda İngiltərə ilə keçirilən matçda iki məhsuldar ötürmə edib.

Bununla da Olise cari turnirdəki assistlərinin sayını 7-yə çatdırıb və bir dünya çempionatında ən çox məhsuldar ötürmə edən futbolçu olub.

Əvvəlki rekord 1970-ci il dünya çempionatında 6 assistlə braziliyalı Peleyə məxsus idi.

Qeyd edək ki, Fransa İngiltərəyə 4:6 hesabı ilə məğlub olaraq dünya çempionatını dördüncü pillədə başa vurub.