BAKI, 19 iyul. TELEQRAF

İngiltərə millisinin futbolçusu Bukayo Saka 2026-cı il dünya çempionatında üçüncü yer uğrunda Fransa ilə keçirilən matçın ən yaxşı oyunçusu seçilib.

Teleqraf xəbər verir ki, “Arsenal”ın cinah yarımmüdafiəçisi komandasının 6:4 hesablı qələbəsində het-triklə yadda qalıb.

Saka qarşılaşmada 37-ci, 45+1-ci və 87-ci dəqiqələrdə fərqlənib.

Qeyd edək ki, İngiltərə bu qələbə ilə tarixində ilk dəfə dünya çempionatının bürünc medalını qazanıb.